...

Yaponiya Rusiyaya etiraz notası göndərdi - NİYƏ?

Dünya xəbərləri Materials 6 Avqust 2018 13:55 (UTC +04:00)
Yaponiya Rusiya hökumətinə etiraz notası göndərib.
Yaponiya Rusiyaya etiraz notası göndərdi - NİYƏ?

Bakı. Trend:

Yaponiya Rusiya hökumətinə etiraz notası göndərib. Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa ənənəvi mətbuat konfransında bildirib.

O qeyd edib ki, etiraz notası Rusiya tərəfindən Su-35S qırıcılarının İturup adasında yerləşdirilməsi ilə bağlı göndərilib. Suqa bildirib ki, etiraz notası Moskvadakı Yaponiya səfirliyi vasitəsilə Rusiya XİN-ə təqdim olunub.

Baş katib əlavə edib: "Moskvanın bu hərəkətləri dərin təəssüf doğurur və Yaponiyanın mövqeyinə ziddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti