...

İran XİN-i ABŞ-ı sanksiyalardan asılılığını "müalicə" etməyə çağırıb

Dünya xəbərləri Materials 12 Avqust 2018 02:16 (UTC +04:00)

Bakı. Trend:

ABŞ sanksiyalardan asılılığını "müalicə" etməlidir.

Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz Twitter səhifəsində yazıb.

XİN rəhbəri yazıb: "ABŞ prezidenti Donald Trampın öz NATO üzrə müttəfiqi olan Türkiyəyə iqtisadi çətinliklər yaratmağına görə sevinci - rüsvayçılıqdır. ABŞ-ın sanksiyalar və təhqirlərdən asılılığını müalicə etməlidirlər. Əks halda bütün dünya birləşəcək və şifahi xəbərdarlıqlardan kənara çıxıb Vaşinqtonu bunu etməyə məcbur edəcək. Biz bir-birimiz üçün artıq keçmişdə dayaq olmuşuq, biz yenə də bunu etməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti