...

Çexiyada aviaşou zamanı tarixi monoplanın pilotu həlak olub

Dünya xəbərləri Materials 12 Avqust 2018 08:17 (UTC +04:00)

Bakı. Trend?

Çexiyanın Praxatitse şəhərində aviaşou zamanı birmotorlu tarixi monoplan qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Çexiya polisinin nümayəndəsi Ştepanka Unlirjova bildirib.

Ş.Unlirjova bildirib: "XX əsrin 30-cu illərində istehsal edilən "BETA B 50" təyyarəsinin aviaşou zamanı qəzaya uğraması nəticəsində pilot həlak olub. İnsidentin səbəbi polislər və pilotların təhlükəsizlik üzrə ekspertlər tərəfindən araşdırlır".

Xəbər lenti

Xəbər lenti