...

Somalidə güclü partlayış baş verib: 6 ölü, 14 yaralı

Dünya xəbərləri Materials 2 Sentyabr 2018 17:14 (UTC +04:00)
Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçı inzibati binanın nəzarət-buraxılış məntəqəsi qarşısında idarə etdiyi avtomobili partladıb
Somalidə güclü partlayış baş verib: 6 ölü, 14 yaralı

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçı inzibati binanın nəzarət-buraxılış məntəqəsi qarşısında idarə etdiyi avtomobili partladıb.

Trend-in məlumatına görə, partlayış nəticəsində 3-ü nəzarət-buraxılış məntəqəsində avtomobili saxlayan hərbçi olmaqla 6 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Bildirilir ki, xəsarət alanların 6-sı uşaqdır.

Partlayışa görə cavabdehliyi "Aş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti