...

Vyetnamda daşqınlar və torpaq sürüşmələri 15 nəfəri öldürdü

Dünya xəbərləri Materials 5 Sentyabr 2018 17:30 (UTC +04:00)
Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 15 nəfər həlak olub
Vyetnamda daşqınlar və torpaq sürüşmələri 15 nəfəri öldürdü

Bakı. Trend:

Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 15 nəfər həlak olub.

Trend-in məlumatına görə, ölkənin şimal və mərkəzi əyalətlərində güclü yağıntı sürüşmələrə səbəb olub.

Təbii fəlakət nəticəsində daha 5 nəfər itkin düşmüş hesab edilir.

Bundan başqa, 382 tikili tamamilə dağılıb, beş min hektardan çox əkin sahəsi və çoxlu ev heyvanı məhv olub.

Qeyd edək ki, Vyetnamda bu ilin əvvəlindən təbii fəlakətlər nəticəsində 153 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti