"Taliban"dan daha bir HÜCUM - 6 polis həlak oldu

Bakı. Trend:
Əfqanıstanın şimalındakı Samanqan əyalətində “Taliban” radikal hərəkatı polis məntəqəsinə hücum edib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 6 polis əməkdaşı həlak olub.
Daha 17 polis əməkdaşı nəfər isə yaralanıb.
Atışma zamanı “Taliban”ın 4 üzvünün də məhv edildiyi bildirilir.