Bakı. Trend:
Tanzaniyada, Viktoriya gölündə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 225-ə çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, şənbə günü axşam saatlarında 9 nəfərin, baza günün səhər saatlarında isə 7 nəfərin cəsədi aşkar edilib.
Xatırladaq ki, daha əvvəl 209 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, bərə sentyabrın 20-si Yukora adasındakı yanalma körpüsündən 50 metr aralıda çevrilib.
"Reuters"in məlumatına görə, bərənin göyərtədə 400-ə yaxın adam olub ki, bu da gəminin imkanlarını üstələyir. Həmçinin bərə qarğıdalı, banan və sement kisələri ilə dolu yük daşıyıb.