...

Sulavesi adasında 170-dən artıq afterşok qeydə alınıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2018 07:16 (UTC +04:00)
İndoneziyanın Sulavesi adasında 28 sentyabr baş vermiş 7,4 bal gücülü zəlzələdən sonra 170-dən artıq afterşok qeydə alınıb
Sulavesi adasında 170-dən artıq afterşok qeydə alınıb

Bakı. Trend:

İndoneziyanın Sulavesi adasında 28 sentyabr baş vermiş 7,4 bal gücülü zəlzələdən sonra 170-dən artıq afterşok qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyinin rəsmisi Sutopo Nuqxoro bildirib.

Onun sözlərinə görə, təkrar yeraltı təkanların müxtəlif güclərdə qeydə alınıb: "İndiyə qədər bir neçə rayonla, o cümlədən 300 min insanın yaşadığı və zəlzələnin epistrinin yerləşdiyi Dunqala rayonu ilə əlaqə qurmaq mümkün olmayıb. İki gündür elektrik enerjisi və rabitə bərpa etmək mümkün olmur".

Xatırladaq ki, sentyabrın 28-i Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub. Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti