...

Türkiyə 2019-cu ilin mart ayında daha iki F-35 alacaq

Dünya xəbərləri Materials 2 Oktyabr 2018 08:08 (UTC +04:00)
2019-cu ilin mart ayında daha 2 "F-35 Lightining II" qırıcı təyyarəsinin Türkiyəyə verilməsi gözlənilir
Türkiyə 2019-cu ilin mart ayında daha iki F-35 alacaq

Bakı. Trend:

2019-cu ilin mart ayında daha 2 "F-35 Lightining II" qırıcı təyyarəsinin Türkiyəyə verilməsi gözlənilir.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə "F-35" proqramının direktoru kontr-admiral Mett Vinter bildirib.

Onun sözlərinə görə, Türkiyənin "F-35"in işlənməsi üzrə çoxmillətli proqramda iştirakına dair hər hansı bir dəyişiklik yoxdur: "Daha 2 təyyarənin 2019-cu ilin mart ayında verilməsin gözləyirik. 100 təyyarənin tədarükünə dair heç bir dəyişiklik əlaməti yoxdur".

Xatırladaq ki, "Lockheed Martin" korporasiyası iyun ayında Türkiyəyə ilk 2 "F-35" təyyarəsini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti