...

Yerevanda etirazçılar parlament binasının qarşısında aksiya keçirir

Dünya xəbərləri Materials 2 Oktyabr 2018 22:06 (UTC +04:00)
Ermənistan parlamentinin binası qarşısında çoxlu sayda vətəndaş etiraz aksiyası keçirir.
Yerevanda etirazçılar parlament binasının qarşısında aksiya keçirir

Bakı. Trend:

Ermənistan parlamentinin binası qarşısında çoxlu sayda vətəndaş etiraz aksiyası keçirir.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, etirazçılar parlamentin bir qədər əvvəl qəbul etdiyi "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qanun layihəsinə qarşı etiraz edirlər.

Məlumata əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan etirazçıların toplaşdığı yerə gəlib.

Qeyd edək ki, qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.

Daha öncə, Paşinyan bldirib ki, qanun layihəsinin qəbul edilməsi "əksinqilabın rəsmi başlanğıcı" demək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti