Bakı. Trend:
Rusiyanın Kareliya respublikasında 120-dən çox şəxs meningitə yoluxub.
Trend-in məlumatına görə, yoluxma halları 20 məktəb və 16 uşaq bağçasında qeydə alınıb.
Xəstəliyə yoluxanlardan 104-ü uşaq, 19-u böyükdür.
Yolxumanın qeydə alındığı məktəblərdə karantin elan olunub. Hazırda 60 nəfər xəstəxanalarda qalmaqda davam edir.