...

İndoneziyada zəlzələ qurbanlarının sayı 1648-ə çatıb

Dünya xəbərləri Materials 6 Oktyabr 2018 08:40 (UTC +04:00)
İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1648-ə çatıb.
İndoneziyada zəlzələ qurbanlarının sayı 1648-ə çatıb

Bakı. Trend:

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1648-ə çatıb.

Trend-in "Detik" xəbər portlına verdiyi məlumata əsasən, 563 nəfər itkin düşmüş hesab edilir.

Daha öncə 1571 nəfərin öldüyü bildirilirdi.

Ölkənin siyasi, ədliyyə və milli təhlükəsizlik məsələləri üzrə naziri Virantonun sözlərinə görə, həlak olanların hamısını identifikasiya etmək mümkün olmayıb.

Xatırladaq ki, snetyabrın 28-də səhər saatlarında İndoneziyanın Sulavesi adasının sahillərində Palu şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ olub. Daha sonra həmin ərazidə 7,4 gücündə zəlzələ və afterşoklar olub. Palu şəhərinin üzərinə 2 metr hündürlüyündə sunami gəlib. Hadisə nəticəsindəə 1234 nəfər həlak olub, 60 mindən çox insan evsiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti