...

Ərdoğan: Türkiyə kəşfiyyatı səudiyyəli jurnalistin itməsi məsələsini aydınlaşdırır

Dünya xəbərləri Materials 8 Oktyabr 2018 11:05 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə kəşfiyyatı səudiyyəli jurnalist Camal Xaşkacinin itməsi məsələsini aydınlaşdırır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bu məsələnin hazırda şəxsən nəzarəti altında olduğunu bildirib.

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Lakin bundan sonra onun harada olduğu barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti