...

Ermənistanda İctimai Televiziyanın sahibi saxlanıldı

Dünya xəbərləri Materials 8 Oktyabr 2018 12:21 (UTC +04:00)

Bakı. Trend:

Xüsusi İstintaq Xidməti Ermənistanın iri telekanallarından biri olan II İctimai Televiziyanın sahibi Samvel Mayrapetyanı saxlayıb.

Trend-in məlumatına görə, bu barədə TASS-a qurumun mətbuat xidmətindən bildiriblər.

Mənbə təfərrüatların bir qədər sonra açıqlanacağını deyib.

S.Mayrapetyanın vəkilləri də sahibkarın saxlanılma səbəbi barədə açıqlama vermirlər.

Qeyd edək ki, S.Mayrapetyan Ermənistanın iri sahibkarlarından biridir. Onun avtosalonlar şəbəkəsi, tikinti şirkətləri və restoranları var. Bundan başqa, biznesmenin 2008-ci ildə ölkədə konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezident Robert Koçaryana yaxın adamlardan biri olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti