Bakı. Trend:
İranın kəşfiyyat xidmətinin əməkdaşları Kermanşah əyalətində terror qruplaşmasını zərərsizləşdiriblər.
Trend-in məlumatına görə, bu barədə İranın kəşfiyyat nazirliyindən bildiriblər.
Qeyd edilir ki, terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 2 terrorçu məhv edilib. Terrorçulardan bir neçə silah, qumbara və sənədlər götürülüb.
Bildirilir ki, terrorçular ölkəyə qərb sərhədlərindən daxil olublar.