...

BMT TŞ Konqoda Ebola virusu ilə mübarizə üzrə qətnamə qəbul edib

Dünya xəbərləri Materials 31 Oktyabr 2018 07:13 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası Konqo Demokratik Respublikasında Ebola virusuna qarşı mübarizə üzrə 2439 qətnaməsini təsdiqləyib
BMT TŞ Konqoda Ebola virusu ilə mübarizə üzrə qətnamə qəbul edib

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası Konqo Demokratik Respublikasında Ebola virusuna qarşı mübarizə üzrə 2439 qətnaməsini təsdiqləyib.

Trend-in məlumatına görə, qətnamədə bildirilir ki, Təhülkəsizlik Şurası Konqodakı humanitar və təhlükəsizlik sahəsində ümumi vəziyyətlə əlaqədar yenə öz dərin narahatlığını bildirir.

Bundan əlavə qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatı əsasında virusun digər regionlara yayılması üzrə sonun qiymətləndirmə dərin narahatlıq doğurur. Belə ki, qiymətləndirməyə əsasən virus Uqanda, Ruanda, Cənubi Sudan və Burundiyə yayıla bilər.

Ümumdünya Səhiyyə Təşkilatının 23 oktyabr üçün olan məlumatına əsasən, Konqoda 247 Ebola virusuna yoluxma halı qeydə alınıb və onlardan 212-si təsdiqlənib. Ebola virusu 159 nəfərin ölümünə səbəb olub, 65 nəfər isə sağalmağı bacarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti