...

Silahlılar Latakiya və Hələbi atəşə tutub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 3 Noyabr 2018 02:16 (UTC +04:00)
Silahlı qruplaşmalar Suriyanın Latakiya əyalətinin yaşayış məntəqələrini və Hələb şəhərinin rayonlarını atəşə tutublar
Silahlılar Latakiya və Hələbi atəşə tutub, ölənlər və yaralananlar var

Bakı. Trend:

Silahlı qruplaşmalar Suriyanın Latakiya əyalətinin yaşayış məntəqələrini və Hələb şəhərinin rayonlarını atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko deyib.

V.Savçenkonun sözlərinə görə, silahlıların yaşayış məntəqələrini atəşə tutması nəticəsində 2 hərbçi həlak olub: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Naxşebba, Əl-Salihiyə, Sanceka yaşayış məntəqələrini və Hələb şəhərinin rayonlarını atəşə tutublar. Nəticədə 2 Suriya ordusunun hərbçisi həlak olub, 12-si isə yaralanıb".

Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri əlavə edib ki, insident nəticəsində dinc əhali arasında ölən və yaralanan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti