...

İranda qoz istehsalı 60% azalıb

Dünya xəbərləri Materials 4 Noyabr 2018 04:39 (UTC +04:00)
Cari ilin (21 mart 2018-dən başlayaraq) ilk altı ayında 268 ton qoz ləpəsi istehsal olunub. Halbuki ötən il 2 min 179 ton istehsal olunmuşdu.
İranda qoz istehsalı 60% azalıb

Bakı. Elnur Bağışov - Trend:

Cari ilin (21 mart 2018-dən başlayaraq) ilk altı ayında 268 ton qoz ləpəsi istehsal olunub. Halbuki ötən il 2 min 179 ton istehsal olunmuşdu.

Trend-in məlumatına görə, bu sözləri İranın (İran Dried fruit exporters association) Quru Meyvələr İxracatçıları Birliyinin sədri Məhəmməd Həsən Şəmsfərd İLNA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, qoz daha çox İranda istifadə olunur və ixracat məhsulu sayılmır. Bu il soyuq hava şəraitinə görə, qoz və püstə məhsulu çox zərər görüb. Elə buna görə, qozun idxal edilməsinə ehtiyac duyulur.

Şəmsfərd Çili, Özbəkistan, Əfqanıstan və Orta Asiya ölkələrindən İrana qoz ixrac olunduğunu deyib.

“Qoz ləpəsi üçün hər hansı bir dəqiq qiymət yoxdur. Mağazalarda qiymətlər dəyişkəndir və 1450000 rialdan (təxminən 34 dollar) baha satılır”, - deyə o bildirib.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti