Bakı. Trend:
Konqo Demokratik Respublikasında iyulun sonlarından etibarən "Ebola" virusuna yoluxanların sayı 300 nəfərə çatıb.
Trend-in məlumatına görə, həmin şəxslərdən 186 nəfəri vəfat edib.
Yoluxanların Şimali Kivu və İturi vilayətlərində qeydə alındığı bildirilir. Xəstəliyə yoluxanlardan 88 nəfər müalicə olunub.
Qeyd edək ki, vəziyyətlə əlaqədar Konqo DR-da Ümumdünya Səhiyyə Təşkilatının 250-dən çox mütəxəssisi işləyir.