...

Tramp Parisdə "məhsuldar" görüşlər keçirdiyi bildirib

Dünya xəbərləri Materials 11 Noyabr 2018 07:13 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Fransanın paytaxtı Parisdə ölkəsi üçün "məhsuldar" görüşlər keçirdiyi bildirib
Tramp Parisdə "məhsuldar" görüşlər keçirdiyi bildirib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Fransanın paytaxtı Parisdə ölkəsi üçün "məhsuldar" görüşlər keçirdiyi bildirib.

Trend-in məlumatına görə, ABŞ prezidenti bu barədə öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Bu gün mənim bizim ölkəmiz üçün çox məhsuldar görüşlər və zənglərim baş tutub. Axşam saatlarında dünya liderləri ilə görüşümüşük!"

Qeyd edək ki, Donald Tramp Fransaya Birinci Dünya Müharibəsinin 100 illiyi münasibəti ilə tədbirdə iştirak etmək üçün səfərə gəlib. Nobarın 10-u D.Tramp Fransa prezidenti Emmanuel Makronlar görüşüb, noyabrın 11-i isə ABŞ prezidentinin Rusiya preizdenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti