...

Qazaxıstanda yük qatarı relsdən çıxıb

Dünya xəbərləri Materials 13 Noyabr 2018 08:51 (UTC +04:00)
Qazaxıstanın Qızılorda vilayətində yük qatarı relsdən çıxıb
Qazaxıstanda yük qatarı relsdən çıxıb

Bakı. Trend:

Qazaxıstanın Qızılorda vilayətində yük qatarı relsdən çıxıb.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə "Qazaxıstan temir jolı" Milli Dəmiryol Şirkətinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda bildirilir: "Qızılorda vilayətində dəmir yolunun Kazalı - Sekseul hissəsində yük qatarı relsdən çıxıb. Hadisənin səbəbi araşdırlır. Ölən və yaralanan yoxdur".

Qeyd edilir ki, hərəkətin bərpa edilməsi və qatarların gecikməsinin minimuma salınması üçün bütün zəruri operativ tədbirlər görülüb. Vaxtında görülmüş tədbirlər sayəsində qısa müddət ərzində qatarların hərəkəti bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti