...

Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 42-yə çatıb

Dünya xəbərləri Materials 13 Noyabr 2018 08:11 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının şimal və cənubunda meşə yanğınları davam edir
Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 42-yə çatıb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının şimal və cənubunda meşə yanğınları davam edir.

Trend-in məlumatına görə, davam meşə yanğınları nəticəsində ölənlərin sayı 42 nəfər çatıb.

Ştatın Byut dairəsinin şerifi Kori Honea bildirib ki, bu gün 13 meyit aşkar edilib. Onlardan 10-u Paradays şəhərində, 3-ü isə Konkou regionunda.

Onun sözlərinə görə, yanğın ABŞ tarixində ən çox insan ölümünə səbəb olan təbiət yanğını olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti