...

Türkiyə SQ PKK-nın dayaq məntəqələrini məhv etdi

Dünya xəbərləri Materials 21 Noyabr 2018 12:49 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Diyarbəkir vilayətində PKK terror təşkilatına qarşı növbəti əməliyyat keçirib
Türkiyə SQ PKK-nın dayaq məntəqələrini məhv etdi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri Diyarbəkir vilayətində PKK terror təşkilatına qarşı növbəti əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində terrorçuların 3 dayaq məntəqəsi məhv edilib.

Bundan başqa, əməliyyat çərçivəsində çoxlu sayda silah-sursat, qaz balonları, eləcə də ərzaq məhsulları ələ keçirilib.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin hesabatına əsasən 2018-ci il ərzində Türkiyə ərazisində PKK-ya qarşı 87 838 əməliyyat keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti