...

Çavuşoğlu: Aİ Türkiyəni sıralarına daxil etməlidir, onların xeyrinədir...

Dünya xəbərləri Materials 22 Noyabr 2018 15:47 (UTC +04:00)
Türkiyə Aİ-dən bütün terror təşkilatlarına, xüsusən PKK terror təşkilatı və Fətulla Gülən hərəkatına qarşı mübarizədə lazımi dəstəyi tələb edir.
Çavuşoğlu: Aİ Türkiyəni sıralarına daxil etməlidir, onların xeyrinədir...

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Türkiyəni öz sıralarına daxil etməlidir, çünki təşkilatın sərhədlərinin genişlənməsi yalnız Türkiyə deyil, həm də Aİ-nin özünün marağındadır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyəli nazir daha sonra əlavə edib: "Bu gün Türkiyə terrorizmlə mübarizə aparır ki, bu da Aİ-nin marağındadır".

M.Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyə Aİ-dən bütün terror təşkilatlarına, xüsusən PKK terror təşkilatı və Fətulla Gülən hərəkatına qarşı mübarizədə lazımi dəstəyi tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti