...

Rusiya və Türkiyənin müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 26 Noyabr 2018 00:25 (UTC +04:00)
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub
Rusiya və Türkiyənin müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, müdafiə nazirləri telefon danışı zamanı regional təhlükəsizliyi və təhlükəsizliyin qorunması üçün texniki və taktiki tədbirləri müzakirə ediblər.

Bundan əlavə, tərəflər Suriyanın İdlib və Tall-Rifat şəhərlərində sabitliyin təmin edilməsi üçün birlikdə işlərin davam etdirilməsi üzrə razılaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti