...

Beynəlxalq koalisiya Suriyaya hava zərbələri endirib, ölənlər var

Dünya xəbərləri Materials 29 Noyabr 2018 03:24 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Hacin şəhərində (Deyr-əz-Zor əyaləti) terrorçuların dinc sakinləri saxladıqları binaya zərbələr endirib.

Trend-in "Ikhbariya" telekanalına istinadən verdiyi məlumata görə, koalisiyanın hava zərbələri nəticəsində azı 6 dinc sakin həlak olub.

Telekanalın məlumatında deyilir: "Beynəlxalq koalisiyanın aviasiyası Hacin şəhərində İŞİD terror qruplaşmasının həbsxana kimi fəaliyyət göstərən və dinc sakinlərin saxlandığı binasına hava zərbələri endirib. Hava zərbələri nəticəsində 6 dinc sakin həlak olub, bir neçə nəfər yaralanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti