...

Buşun cənazəsi Vaşinqtona gətirilib

Dünya xəbərləri Materials 4 Dekabr 2018 06:14 (UTC +04:00)
ABŞ-ın 41-ci prezidenti Corc Buşun (böyük) cənazəsi prezident təyyarəsi ilə Vaşinqtona gətirilib
Buşun cənazəsi Vaşinqtona gətirilib

Bakı. Trend:

ABŞ-ın 41-ci prezidenti Corc Buşun (böyük) cənazəsi prezident təyyarəsi ilə Vaşinqtona gətirilib.

Trend-in məlumatına görə, cənazə Kapitoliyə yerli vaxtla dekabrın 3-ü saat 17:00-da gətirilib.

Prezidentlə vidalaşmaq istəyənlər dekabrın 4-ü səhər saatlarına qədər bunu edə biləcəklər. Dekabrın 6-sı Hyustonda dərf mərasimi keçiriləcək.

Qeyd edək ki, ABŞ-ın 41-ci prezidenti Corc Buş (böyük) noyabrın 30-u 94 yaşında dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti