...

İranda Çabaharda terror aktı törətməkdə şübhəli bilinən 4 şəxs saxlanılıb

Dünya xəbərləri Materials 8 Dekabr 2018 23:04 (UTC +04:00)
İranın cənub-şərqində yerləşən Çabahar liman şəhərində terror aktı törətməkdə şübhəli bilinən 4 şəxs saxlanılıb.
İranda Çabaharda terror aktı törətməkdə şübhəli bilinən 4 şəxs saxlanılıb

Bakı. Tural Turan - Trend:

İranın cənub-şərqində yerləşən Çabahar liman şəhərində terror aktı törətməkdə şübhəli bilinən 4 şəxs saxlanılıb.

Trend-in məlumatına görə, şübhəli şəxslər İranın Sistan və Bəlucistan əyalətlərinin müxtəlif şəhərlərində tutulublar. Hazırda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, cümə axşamı səhər Çabahar şəhərində terrorçu-kamikadze minalanmış avtomobil ilə təhlükəsizlik qüvvələri qərargahının ərazisinə keçmək istəyib. Ardınca partlayış olub və nəticədə 2 nəfər ölüb, daha 42 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti