Bakı. Trend:
Ermənistanın Vanadzor şəhərində bir sıra seçki məntəqəsində seçicilər səlahiyyətli şəxslərin yanında açıq-aşkar təlimatlandırılmış hərəkətlər həyata keçirilər.
Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Respublika partiyasından Millət Məclisində deputatlığa namizəd Vaqram Baqdasaryanın ofisindən bildiriblər.
Ofisdən bildirilib: "Vanadzor şəhərinin bir sıra seçki məntəqəsində seçicilər səlahiyyətli şəxslərin yanında açıq-aşkar təlimatlandırılmış hərəkətlər həyata keçirilər - bir əllərində 4 nömrəli bülleteni tuturlar, digər əllərində isə bütün qalan büllütünləri. Daha sonra səlahiyyətli şəxslərin qarşısında səsvermə kabinəsinə daxil olaraq digər bülletenləri istifadə edilməmiş bülletenlər arasına atırlar və artıq bilinən seçimi edirlər".