Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə polisi ölkənin 9 vilayətində antiterror əməliyyatlarını bərpa edib. Trend-in məlumatına görə, bu əməliyyatların FETÖ hərəkatına qarşı mübarizə çərçivəsində keçirildiyi bildirilir.
Qeyd olunur ki, əməliyyatlar çərçivəsində artıq 29 nəfər saxlanılıb. Saxlanılanlardan 5 nəfərin hərbçi olduğu deyilir.
Məlumata görə, saxlanılanların FETÖ ilə sıx əlaqəsi olub.