...

Ərdoğan: Gecikmişik...

Dünya xəbərləri Materials 14 Dekabr 2018 13:36 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Suriyanın şimalında terrorla mübarizəni başlamaqda gecikib.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, bundan sonra Türkiyə Suriyanın şimalında terrorçuluğa qarşı fəal və qətiyyətli mübarizə aparacaq:

“Tezliklə Türkiyə Silahlı Qüvvələri Suriyanın Mənbic şəhərini PYD/YPG terrorçularından azad edəcək”.

Xatırladaq ki, bir neçə gün əvvəl R.T.Ərdoğan Mənbicin azad olunması üçün əməliyyatın yaxın günlərdə başlayacağını demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti