Bakı. Trend:
Çinin Tibet muxtar rayonunda 5,7 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 19:32-də qeydə alınan yeraltı təkanların episetnri Şiqadze şəhərindən 170 kilometr şimal-qərbdə və Lxasa şəhərindən 335 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.