Bakı. Trend:
Əfqanıstanın şimalındakı Fəryab əyalətində minanın partlaması nəticəsində 6 nəfər həlak olub.
Trend-in məlumatına görə, ölənlərdən 4-ü qadın, 2-i uşaqdır.
Daha bir qadın partlayış nəticəsində yaralanıb.
Qeyd olunur ki, partlayış qadınlardan birinin minanın üzərinə çıxmasından sonra baş verib.