...

Çin gəmisi qəzaya uğradı - 3 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 5 Yanvar 2019 10:35 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Çin dənizində Çin bayrağı altında üzən yük gəmisi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində gəminin 3 nəfər heyət üzvünün itkin düşdüyü bildirilir. Məlumata görə, 8 nəfəri isə xilas etmək mümkün olub.

Bölgədə itkin düşənlərin axtarışları davam edir. Bunun üçün 13 patrul kateri cəlb olunub.

Sıx dumanla əlaqədar axtarış işlərinin çətinləşdiyi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti