...

Rusiyada yük maşını minik avtomobili ilə toqquşub, ölənlər və yaralanan var

Dünya xəbərləri Materials 5 Yanvar 2019 22:23 (UTC +04:00)
Rusiyanın Penza vilayətində "Volvo" yük maşını "Hyundai Elantra" minik avtomobili ilə toqquşub
Rusiyada yük maşını minik avtomobili ilə toqquşub, ölənlər və yaralanan var

Bakı. Trend:

Rusiyanın Penza vilayətində "Volvo" yük maşını "Hyundai Elantra" minik avtomobili ilə toqquşub.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin vilayət idarəsinin nümayəndəsi bildirib.

Bildirilir ki, yol qəzası Moskva vaxtı ilə saat 15:45-də M-5 "Ural" federal avtomobil yolunun 556-cı kilometrində baş verib: "İlkin məlumata əsasən, "Volvo" yük maşınının və "Hyundai Elantra" minik avtomobilinin toqquşması baş verib. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və 3 sərnişin (kişi, qadın və uşaq) aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. "Volvo" yük maşınının sürücüsü yüngül xəsarətlər alıb və tibbi yardım göstərildikdən sonra buraxılıb".

Nümayəndə qeyd edib ki, ölənlərin kimliyi araşdırılır. Qəza faktı ilə bağlı Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi yoxlama həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti