Bakı. Elnur Bağışov - Trend:
Cari ilin (21 mart 2018-dən başlayaraq) 9 ayında İranın daş-kömür konsentratı istehsalı 1,25 milyon ton olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 25% artıb.
Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani deyib.
Onun sözlərinə görə, İranda diqqəti cəlb edəcək dərəcədə daş-kömür ehtiyatları və etibarlı bazar var: "Yaxın gələcəkdə ölkədə ilk dəfə olaraq daş-kömür üzrə əhatəli proqram tənzimlənəcək və elan olunacaq".
Rəhmani əlavə edib: "İranda mədənlər, xüsusilə də daş-kömür mədənlərinin təhlükəsizliyinin yüksəldilməsi zəruridir. Bütün sənaye sektorlarında təhlükəsizlik ciddiyə alınmalıdır. Təlim kursları keçirilərək xoşagəlməz hadisələrin qarşısını almaqla yanaşı ehtiyac duyulan avadanlıqlar alınmalı və lazımi nəzarətlər həyata keçirilməlidir".