...

İndoneziyada sürüşmə nəticəsində ölənlərin sayı 32-yə çatıb

Dünya xəbərləri Materials 7 Yanvar 2019 10:32 (UTC +04:00)
Güclü yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsi zamanı ən azı 32 nəfər ölüb.
İndoneziyada sürüşmə nəticəsində ölənlərin sayı 32-yə çatıb

Bakı. Trend:

Dekabrın 31-də İndoneziyanın Qərbi Yava vilayətində güclü yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsi zamanı ən azı 32 nəfər ölüb.

Trend-in məlumatına görə, bundan əvvəl 15 nəfərin həlak olduğu bildirilirdi.

Təbii fəlakət nəticəsində 30-dan çox ev dağılıb.

Artıq axtarış-xilasetmə işləri başa çatıb. Bir nəfər itkin düşmüş hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti