...

İranda təyyarə qəzası nəticəsində 9 nəfər ölüb (YENİLƏNİB) (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 14 Yanvar 2019 10:20 (UTC +04:00)
“Qırğızıstana məxsus Boing 707 yük təyyarəsi İranın Əlborz vilayəti Kərəc şəhərinin Fəth aeroportunda eniş edərkən qəzaya uğrayıb”.
İranda təyyarə qəzası nəticəsində 9 nəfər ölüb (YENİLƏNİB) (FOTO/VİDEO)

Bakı. Elnur Bağışov - Trend:

“Qırğızıstana məxsus Boing 707 yük təyyarəsi İranın Əlborz vilayəti Kərəc şəhərinin Fəth aeroportunda eniş edərkən qəzaya uğrayıb”.

Trend-in məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib.

Onun sözlərinə görə, Qırğızıstanın Bişkek şəhərindən havaya qalxan yük təyyarəsi Peyam aeroportu istiqamətində uçurmuş. Pilot səhvən Kərəcin Fəth aeroportunda eniş edib və qəzaya uğrayıb.

Məlumata görə, təyyarədə 16 sərnişin olub.

Hadisə yerinə 1 vertolyot və 10 təcili yardım maşını, 6 xilasetmə qrupu ezam olunub.

İranın Təcili Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivənd deyib ki, indiyədək 9 nəfərin meyiti çıxarılıb. Təyyarənin uçuş mühəndisi sağdır və xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti