...

Böyük Britaniya kraliçasının 97 yaşlı həyat yoldaşı qəzaya düşüb

Dünya xəbərləri Materials 18 Yanvar 2019 02:58 (UTC +04:00)

Bakı. Trend:

97 yaşlı Edinburq hersoqu şahzadə Filip İngiltərədə yol qəzasına düşüb.

Trend-in məlumatına görə, hadisə Sendiqrem kəndi yaxınlığında, Norfolk qraflığının qərbində baş verib.

Şahzadə Filip qəza zamanı xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

II Yelizaveta hər il Milad ərəfəsində Sendiqremə gedir. Ailənin digər üzvləri də orada toplaşır. Monarx Milad bayramında yerli Müqəddəs Məryəm Maqdalina kilsəsinə baş çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti