...

Bir nəfər qarın altında qalıb öldü, 9 nəfər itkin düşdü

Dünya xəbərləri Materials 18 Yanvar 2019 10:43 (UTC +04:00)
Hindistanın şimal ştatı Cammu Kəşmirdə qar üçqunu insan itkisinə səbə olub.
Bir nəfər qarın altında qalıb öldü, 9 nəfər itkin düşdü

Bakı. Trend:

Hindistanın şimal ştatı Cammu Kəşmirdə qar üçqunu insan itkisinə səbə olub. Trend-in məlumatına görə, 1 nəfər qar kütləsi altında ölüb, daha 9 nəfər itkin düşmüş sayılır.

Bildirilir ki, həmin rayonda hərəkətdə olan avtomobil qar kütləsinin altında qalıb.

Hazırda avtomobildə olan digər şəxslərin axtarış-xilasetmə işləri aparılır.

Avtomobildəki 1 nəfərin meyiti isə təbii fəlakətdən dərhal sonra tapılıb və şəxsiyyəti müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti