...

Torpaq sürüşməsi İranda 147 kəndin yolunu bağladı

Dünya xəbərləri Materials 22 Yanvar 2019 09:05 (UTC +04:00)
İranın Lorestan vilayəti Əliqudərz rayonunda torpaq və dağ sürüşməsi nəticəsində 147 kəndlə əlaqə kəsilib.
Torpaq sürüşməsi İranda 147 kəndin yolunu bağladı

Bakı. Elnur Bağışov - Trend:

İranın Lorestan vilayətində torpaq və dağ sürüşməsi nəticəsində 147 kəndlə əlaqə kəsilib.

Trend-in məlumatına görə, bunu polis şöbəsinin rəisi, polkovnik Abbas Məhəmmədi deyib.

A.Məhəmmədinin sözlərinə görə, təbii fəlakət nəticəsində 300 metr yol dağılıb, dağın çaya doğru sürüşməsi suyun səviyyəsinin qalxmasına səbəb olub.

Polis rəisi 21 min nəfərlik əhalinin rayon mərkəzi ilə əlaqəsinin tam şəkildə kəsildiyini deyib:

"4 kənd daşqın təhlükəsi ilə üzləşib. Sürüşmə nəticəsində bağlanmış çayda su axınının qarşısı açılmazsa, bölgəyə ciddi şəkildə iqtisadi ziyan dəyə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti