...

Hindistanda məktəbliləri aparan avtobus aşdı - Çoxsaylı yaralılar var

Dünya xəbərləri Materials 28 Yanvar 2019 10:20 (UTC +04:00)
Hindistanın cənub-şərqində Andxra-Pradeş ştatında məktəbliləri aparan avtobus qəzaya uğrayıb.
Hindistanda məktəbliləri aparan avtobus aşdı - Çoxsaylı yaralılar var

Bakı. Trend:

Hindistanın cənub-şərqində Andxra-Pradeş ştatında məktəbliləri aparan avtobus qəzaya uğrayıb. Trend-in məlumatına görə, avtobusda təxminən 50 şagirdin olduğu bildirilir.

Ölənlər barədə dəqiq məlumat verilməsə də, çoxsaylı yaralıların olduğu qeyd edilir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Yaralılardan 3 nəfərin vəziyyətinin isə xüsusi ağır olduğu bildirilir.

Məktəb avtobusunun hansı səbəbdən qəzaya uğraması isə hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti