...

İran toyuq əti ixracını qadağan edib

Dünya xəbərləri Materials 29 Yanvar 2019 19:46 (UTC +04:00)
İran toyuq əti ixracını 2 ay müddətinə qadağan edib.
İran toyuq əti ixracını qadağan edib

Bakı. Elnur Bağışov – Trend:

İran toyuq əti ixracını 2 ay müddətinə qadağan edib.

Trend-in məlumatına görə, bu barədə Bazarın Tənzimlənməsi üzrə Komitənin iclasında qərar verilib.

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani məhsullara ciddi şəkildə nəzarət edildiyini vurğulayıb.

Qeyd edək ki, İranda daxili bazarda toyuq ətinə tələbatı ödəmək üçün mütəmadi olaraq ixraca müvəqqəti qadağa tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti