...

Moskvadan uçan təyyarə güclü şaxtaya görə Krasnoyarska çata bilmədi

Dünya xəbərləri Materials 4 Fevral 2019 07:51 (UTC +04:00)
Moskvadan Krasnoyarsk şəhərinə uçan "Aeroflot" şirkətinin təyyarəsi güclü şaxtaya görə Novosibirskdə enib.
Moskvadan uçan təyyarə güclü şaxtaya görə Krasnoyarska çata bilmədi

Bakı. Trend:

Moskvadan Krasnoyarsk şəhərinə uçan "Aeroflot" şirkətinin təyyarəsi güclü şaxtaya görə Novosibirskdə enib.

Trend-in məlumatına görə, 1468 aviareysini yerinə yetirən təyyarə hal-hazırda Novosibirskdədir və Krasnoyarska havalar isinəndən sonra yollanacaq.

A-330-300 tipli təyyarələrin istismar üzrə təlimatlarında qeyd olunur ki, havanın temperaturu 40 dərəcə şaxtadan aşağı olduqda, onlara texniki xidmətin göstərilməsi qadağandır. Hal-hazırda isə Krasnoyarskda 43 dərəcə şaxta var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti