...

İstanbulda altımərtəbəli bina çöküb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 6 Fevral 2019 17:28 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində altımərtəbəli bina çöküb
İstanbulda altımərtəbəli bina çöküb (YENİLƏNİB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İstanbul şəhərində altımərtəbəli bina çöküb.

Trend-in məlumatına görə, dağıntılar altında qalanlar var.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Nə qədər adamın dağıntılar altında qaldığı hələlik məlum deyil.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son məlumatlara əsasən, hadisə nəticəsində bir nəfər ölüb, dağıntılar altından isə bir nəfər xilas edilib.

Ümumilikdə binada 12 ailənin yaşadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti