...

İsrailin Polşadakı səfiri XİN-ə çağırıldı - SƏBƏB?

Dünya xəbərləri Materials 15 Fevral 2019 15:00 (UTC +04:00)
İsrailin Polşadakı səfiri Anna Azari izahat üçün Xarici İşlər Nazirliyinə çağırılıb
İsrailin Polşadakı səfiri XİN-ə çağırıldı - SƏBƏB?

Bakı. Trend:

İsrailin Varşavadakı səfiri Anna Azari izahat üçün Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend-in məlumatına görə, bu qərar İsrailin baş naziri Benyamin Netanyahunun İkinci dünya müharibəsi dövründə polşalıların faşistlərlə əməkdaşlıq etdiyi barədə açıqlaması ilə bağlı verilib.

Qeyd olunur ki, bir neçə gün əvvəl səfir nazirliyə məktub göndərərək B.Netanyahunun sözləri barədə məlumatın doğru olmadığını bildirmişdi. O əlavə edib ki, İsrailin baş naziri Polşa xalqının faşistlərlə əməkdaşlıq etdiyini deyil, faşistlərlə əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmadığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti