Bakı. Trend:
Meksikanın mərkəzi hissəsində benzin daşıyan maşın qatarla toqquşub.
Trend-in məlumatına görə, Koyotes rayonunda baş verən toqquşmadan sonra benzin daşıyan maşın partlayıb. Toqquşma və partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə yerində bir neçə yanğınsöndürən briqadası cəlb edilib.