...

Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub

Dünya xəbərləri Materials 22 Fevral 2019 03:21 (UTC +04:00)
Nigeriyanın Zamfara ştatında 180-dən çox cinayətkar Dancibqa yaşayış məntəqəsinin sakinlərinə hücum edib
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub

Bakı. Trend:

Nigeriyanın Zamfara ştatında 180-dən çox cinayətkar Dancibqa yaşayış məntəqəsinin sakinlərinə hücum edib.

Trend-in "Nation" nəşrinə istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində cinayətkar qruplaşmanın 59 üzvü və 7 yerli sakin həlak olub.

Bildirilir ki, toqquşmalar 4 saata yaxın davam edib. Daha sonra toqquşma baş verən yerə hərbçilər cəlb edilib.

Hərbçilərin nümayəndəsi mayor Klement K.Abiade bildirib ki, onlar toqquşma haqqında məlumat toplayırlar.

Xəbər lenti

Xəbər lenti