...

İranda spirtli içkilərdən üç nəfər ölüb, 57 nəfər zəhərlənib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 3 Mart 2019 15:23 (UTC +04:00)
İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda saxta spirtli içkilərdən istifadə ölümlə nəticələnib.
İranda spirtli içkilərdən üç nəfər ölüb, 57 nəfər zəhərlənib (YENİLƏNİB)

Bakı. Elnur Bağışov – Trend:

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda saxta spirtli içkilərdən istifadə ölümlə nəticələnib.

Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayəti inqilab və ümumi prokuroru Tahir Rəsuli İRNA-ya açıqlamasında deyib.

Rəsulinin sözlərinə görə, nəticədə biri qadın olmaqla üç nəfər həlak olub.

Rəsuli əlavə edib ki, 57 nəfər zəhərlənib və zəhərlənənlərdən biri görmə qabiliyyətini itirib.

“Ötən gecədən spirtli içkilərdən zəhərlənmə ilə əlaqədar Meşkinşəhrin xəstəxanasına müraciət etməyə başlanılıb”, - deyə o qeyd edib.

Rəsuli zəhərlənənlərin bir tədbirdə olmadığını və ayrı-ayrılıqda müraciət etdiyini deyib.

Zəhərlənənlər müalicə olunması üçün təcili yardım avtobusları ilə Ərdəbil xəstəxanalarına daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti