İŞİD Əfqanıstandakı terror aktına görə cavabdehliyi öz üzərinə götürüb

Bakı. Trend:
İŞİD terror qruplaşması Əfqanıstanın Cəlilabad şəhərində baş verən terror aktına görə cavabdehliyi öz üzərinə götürüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, ötən gün səhər saatlarında bir neçə terrorçu Əfqanıstanın Nanqarhar əyalətinin administrativ mərkəzi Cəlilabad şəhərində tikinti şirkətinin obyektinə hücum ediblər. Hücum zamanı 16 nəfər həlak olub, 9 nəfər isə yaralanıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları və terrorçular arasında atışma baş verib. Atışma zamanı 5 terrorçu məhv edilib.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq